MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müvafiq qərar bu gün MDB-də iqtisadiyyat sahəsində mübahisələri həll edən Ali arbitraj, təsərrüfat, iqtisad məhkəmə sədrləri Şurasının iclasında verilib.
İclasda MDB icraiyyə komitəsinin sədri, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Rusiya ali məhkəmələrinin nümayəndə heyətləri iştirak ediblər.
MDB Ali Məhkəmələr Şurasının səlahiyyətinə Birlik ölkələri məhkəmə orqanları arasında əməkdaşlığın formasını müəyyənləşdirmək, insanların hüquqlarının və vətəndaşların maraqlarının müdafiəsi daxildir.
Şura beynəlxalq müqavilələrin həyata keçirilməsinə də yardım edəcək.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...