Mbappe kababxananı məhkəməyə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Paris Saint-Germain”in ulduz futbolçusu Kilian Mbappe Fransada baş verən maraqlı hadisə ilə gündəmə gəlib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, fransız futbolçu adının kababda hallanmasından sonra Marseldəki kababxananı məhkəməyə verib.
Ulduz futbolçunun adının yer aldığı menyuda “Mbappenin kəlləsi kimi yumru soba çörəyi” verildiyi qeyd edilib.
Vəkili vasitəsilə kababxananı məhkəməyə verən futbolçu adının menyudan çıxarılması üçün 8 gün vaxt verib.
Restoranın sahibi Mohamed Henni "Utanmırsan? Başqa işin yoxdur? Məni belə bir şeyə görə məhkəməyə vermək? Bu, həqiqətən inanılmazdır. Açığı, buna inana bilmirəm" deyib.
Oxşar xəbərlər
Üç, dörd, beş xarici dil bilən MƏŞHURLAR KİMLƏRDİR? - FOTO - SİYAHI
Türkiyəli tanınmışlar sadəcə türk dilini deyil, başqa dilləri bilir və bu dillərdə çox yaxşı danışırlar. Bu da öz növbəsində xarici filmlərə çəkilən tanınmışlar...