Maşının altına düşən uşaq sağ qalıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulda yoldaşları ilə küçədə oynamaq üçün yolu keçmək istəyən balaca uşağın üstündən avtomobil keçib. Xoşbəxtlikdən, uşaq xəsarət almadan xilas olub.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadisə Mövlana rayonunda baş verib. Avtomobilin sürücüsü uşağı görməyib və hərəkətinə davam edib. Uşaq isə gözlənilmədən avtomobilin altına girib. Sonra isə sağ-salamat ayağa qalxaraq digər uşaqların yanına gedib.
Baş verənlərdən təəccüblənən uşağın yaxınları qaçaraq onun yanına gəliblər. Xəsarət alıb-almadığını yoxladıqdan sonra qucaqlarına alaraq evə aparıblar.
Oxşar xəbərlər
“Oskar”lıq performans: Özünü hərəkət etməyən avtomobilin altına atdı - VİDEO
Rusiyanın Moskva vilayətində bir qadın özünü hərəkət etməyən maşının qabağına atıb. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, həmin şəxs qışqırıq səsləri çıxa...