Maşında alışqan yandırdı, partlayış oldu - 1 ölü, 1 yaralı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə avtomobildə əyləşən gənc, çaxmaq yandırarkən partlayış baş verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Samsun şəhərinin Canik rayonunda qeydə alınıb.
Mustafa Bal və Gökay Aslan səhər saatlarında park edilmiş avtomobilə əyləşərək bir müddət söhbət ediblər. Bu vaxt Bal alışqanı yandırmaq istəyəndə partlayış olub.
Hadisə yerinə polis və tibb qrupları göndərilib. Həkimlər tərəfindən aparılan müayinədən sonra Mustafa Balın öldüyü müəyyən edilib.
Üzündən və əlindən yanıq xəsarətləri alan Gökay Aslan Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicə altına alınıb. Balın meyiti isə yarılmaq üçün morqa aparılıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə DƏHŞƏT: İki tramvay toqquşdu, çox sayda yaralı var - FOTO/VİDEO
Türkiyənin Samsun vilayətinin İlkadım rayonunda iki tramvay toqquşub. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində...