Marneulidə "İşğala son - Qarabağa azadlıq, sonra sülh" aksiyası keçirilir - FOTO

Marneulidə İşğala son - Qarabağa azadlıq, sonra sülh aksiyası keçirilir - FOTO
Foto
Siyasət 251

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda Azərbaycan ərazilərinin işğalına son verilməsi tələbi ilə "İşğala son - Qarabağa azadlıq, sonra sülh" adlı aksiya keçirilir.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, Marneulinin mərkəzində, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qarşısında keçirilən aksiyada Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin işğalına son verməsi tələb edilib.

Əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan aksiyaçılar Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğu bildiriblər. Onlar sülhün yalnız işğala son verilməsindən sonra mümkün olacağını vurğulayıblar.

Aksiyada Ermənistan silahlı qüvvələrinin son illərdə törətdiyi təxribatlar nəticəsində həlak olmuş Azərbaycan hərbçilərinin və mülki şəxslərin şəkilləri nümayiş edilib, iştirakçılar həmçinin beynəlxalq aləmdən Xocalıya ədalət tələb ediblər.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24060 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər