Markov: "20 Yanvar hadisələrinin əsas səbəbi sovet rəhbərliyinin səhvləri idi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Məhz nəhəng bir ölkəyə nəzarəti itirməkdə olan, güzəştlər və sərt zorakılıq arasında qalmış sovet siyasi rəhbərliyinin səhvləri Qara Yanvarın əsas səbəbi oldu. Səbəblərdən biri də sovet rəhbərliyinin erməni millətçiliyini təşviq etməsi idi".
BAKU.WS xəbər verir ki, bunu “report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
Politoloq 33 il əvvəl baş vermiş böyük faciənin ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
"Biz yaxşı bilirik ki, bu, azərbaycanlıların ürəyinin sağalmamış yarasıdır. Siyasi mübarizənin dinc insanlara toxunmaması üçün faciələr bir dərs olmalıdır", - Markov qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...