Mariyana Kuyundziç: Aİ WUF13-dən yaxşı nəticələr gözləyir
Avropa İttifaqı (Aİ) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) müsbət nəticələr verəcəyini gözləyir.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib.
Onun sözlərinə görə, mənzil böhranı qlobal xarakter daşıyır və birgə beynəlxalq səylər tələb edir:
"Bu gün eşitdiyimiz kimi bu problem genişmiqyaslıdır və biz onu həll etməliyik. Bu problemi həll etmək üçün buradayıq".
Onun sözlərinə görə, Aİ artıq bu istiqamətdə, o cümlədən institusional dəyişikliklər və mənzil siyasəti sahəsində yeni yanaşmaların işlənib hazırlanması da daxil olmaqla bir sıra addımlar atır: "Bizim ilk dəfə olaraq energetika və mənzil siyasəti üzrə komissarımız var. Eyni zamanda, açıq və səmərəli mənzil təminatı üzrə planımız da mövcuddur".
Səfir vurğulayıb ki, Avropa İttifaqı forumun konstruktiv və müsbət yekunlarına ümid edir: "Biz WUF13-dən müsbət və çox yaxşı nəticələr gözləyirik".
Diplomat tədbirin təşkilinə görə ayrıca olaraq Azərbaycan hökumətinə təşəkkür edib, onun vaxtında keçirilməsini və əhəmiyyətini qeyd edib: "Mən bu forumun keçirilməsinə, eləcə də WUF13-ün belə vaxtında təşkil olunduğuna görə Azərbaycan hökumətinə təşəkkür etmək istərdim".
Oxşar xəbərlər
Bahar Muradova: Qadınların qərarvermədə iştirakı daha təhlükəsiz şəhərlər yaradır"
Qadınların şəhərsalma və adekvat mənzil təminatı sahəsində iştirakının gücləndirilməsi dayanıqlı şəhərlərin gələcəyi üçün əsas şərtlərdən biri kimi qiymətləndir...