Marina Silva: COP30-un uğurlu keçirilməsi üçün Bakıdakı COP29-da səyləri birləşdirmək lazımdır
Yeniliklərdən dərhal xəbərdar olun
Qarşılaşdığımız bütün çətinliklərə baxmayaraq, Braziliyada COP30 konfransının uğurla keçirilməsi üçün Bakıdakı COP29-da yekun razılaşmaya gəlmək və səyləri birləşdirmək lazımdır.
"Report" xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva COP29-un yekun plenar iclasında bildirib.
"Bizim Azərbaycandakı əsas vəzifəmiz "Missiya 1.5"in hədəfinə çatmaq üçün kifayət qədər resursları, maliyyə dəstəyini və reallaşdırma mexanizmlərini təmin etməkdir. COP30-a qədər biz milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) bu missiyanı yerinə yetirmək üçün kifayət qədər iddialılığına nail olmalıyıq", - nazir deyib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...