Maksim Prevo: Belçika Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
Belçika Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla baş tutan telefon danışığı barədə "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.
"Belçika həm Azərbaycanı, həm də Ermənistanı sülh prosesində davamlı iştiraklarına görə təqdir edir", - XİN başçısı vurğulayıb.
Xatırladaq ki, bu gün Belçika və Azərbaycan XİN başçıları arasında telefon danışığı baş tutub.
Oxşar xəbərlər
Tovuz döyüşlərindən 6 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. BAKU.WS xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən altı il ötür. 2020-ci ilin iyulun...