Maimunah Mohd Şarif: "Hazırda əsas mövzu dünyanı mənzillə təmin etməkdir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu, urbanizasiya problemlərini müzakirə etmək üçün bütün icmaların, siyasətçilərin, yerli, regional və milli səviyyədəki liderlərin, həmçinin qlobal səviyyənin, cəmiyyətin, gənclərin və özəl sektorun birlikdə dialoq qurması deməkdir. Hazırda əsas mövzu isə dünyanı mənzillə təmin etməkdir. Mən düşünürəm ki, mənzil məsələsi təkcə Bakıda deyil, bütün dünyada, xüsusilə də Malayziyada vacib sahələrdən biridir".
BAKU.WS xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Kuala Lumpurun meri və Davamlı Urbanizasiya üzrə müşaviri Maimunah Mohd Şarif deyib.
Mənzil məsələsini şəhər inkişafı ilə əlaqələndirən mer mənzil və şəhərlərin bir-biri ilə çox sıx bağlı olduğunu bildirib:
"Mənzil sadəcə baş üzərində bir ev deyil, həm də insan ləyaqəti və cəmiyyətin bütövlüyüdür.
Mənzildən danışarkən üç əsas "A" nəzərə alınmalıdır. Mənzillər əlçatan qiymətli (affordable), əlçatan (accessible) və adekvat (adequate) olmalıdır. Əgər münasib qiymətli mənzillər iş yerlərindən uzaqda yerləşirsə, bu qəbulolunmazdır, çünki bu, urbanizasiyanı daha da artıracaq".
Qeyd edək ki, Mayın 22-dək davam edəcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.
WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur.
182 ölkədən 40 000 nəfərdən çox iştirakçının qeydiyyatdan keçməsi forum tarixində rekord göstərici kimi qiymətləndirilir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...