Lusine Xaratyan: Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyində media iki ölkə cəmiyyətlərinin dehumanizasiyasından çəkinməlidirlər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə erməni yazıçısı və mədəniyyət antropoloqu Lusine Xaratyan bu gün "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin dördüncü görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Düşünürəm ki, medianın edə biləcəyi ən vacib işlərdən biri qarşı tərəfin dehumanizasiyasının olmadığı yeni narrativlər yaratmaqdır", - o qeyd edib.
L.Xaratyanın sözlərinə görə, bu, etimadı artırmağa, sülhü möhkəmləndirməyə imkan verəcək.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...