Luis Okamponun Rusiyada yaşayan ermənilərlə Azərbaycana qarşı kampaniya üçün fond yaratdığı məlum olub

Luis Okamponun Rusiyada yaşayan ermənilərlə Azərbaycana qarşı kampaniya üçün fond yaratdığı məlum olub
Video
Siyasət 42

Minval Politika BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun videogörüntüləri və səsyazmalarını dərc etməkdə davam edir.

Dünən yayılan videogörüntülərdən onun siyasi korrupsiyaya bulaşdığı, Avropa İttifaqının qərarlarına təsir etmək imkanlarının yarandığı, Azərbaycana qarşı qərəzli kampaniya apardığı məlum olub.

Bu gün paylaşılan görüntülərdən məlum olur ki, Luis Okampo Rusiyada yaşayan varlı ermənilərlə əlbir olaraq rəsmi Bakıya qarşı kampaniya aparır və bu məqsədlə xüsusi fond da yaradılıb.

Luis Moreno Okampo: "Domenek"

Həmsöhbət: "Domenek?"

Luis Moreno Okampo: "Hə. Mən […] heç cür soyadları yadda saxlaya bilmirəm, bağışlayın"

Həmsöhbət: "Amma bu sizin işə götürdüyünüz biridir?"

Luis Moreno Okampo: "Devesa"

Həmsöhbət: "Devesa."

Luis Moreno Okampo: "Devesa"

Həmsöhbət: "Devesa. Amma siz…"

Luis Moreno Okampo: "Mən ermənilərdən bir az pul aldım"

Həmsöhbət: "Aha"

Luis Moreno Okampo: "Beləliklə, başlanğıcda ermənilər, mən…"

Həmsöhbət: "ABŞ-da?"

Luis Moreno Okampo: "Xeyr, Rusiyadan olan ermənidən… Onlar Rusiya ilə heç bir problem yaşanmamasını istəmirlər.

Onlar üçün anonimlik əsasdır"

Həmsöhbət: "Yaxşı. Amma biz Rusiyadan kənarda yaşayan ruslardan danışırıq? Yoxsa Rusiyadakı ruslardan?"

Luis Moreno Okampo: "Onlar xaricə səyahət edirlər; onların hər yerdə maraqları var, mütləq Rusiyada olmaları şərt deyil. Bəziləri, hamısı yox. Amma mən deyərdim ki, bunlar məxfi şəkildə baş verir"

Luis Moreno Okampo: "Əvvəlcə mən bunu təmənnasız (pro bono) etdim. İlk hesabat təmənnasız idi. Sonra Beynəlxalq Cinayət Məhkəməsindəki (ICC) bir işi dəstəkləmək üçün Amerika fondlarından birində dəstək aldım. Sonra sosial media kampaniyasını da, demək olar ki, təmənnasız etdim. Və indi Rusiya ermənilərindən ibarət bir qrup onların daha davamlı kampaniyasını maliyyələşdirmək üçün fond yaradır"

Həmsöhbət: "Deməli, layihəniz nə vaxta qədər davam edəcək?"

Luis Moreno Okampo: "Heç bir fikrim yoxdur. Çünki indi bizim… erməni məsələsində bunu maliyyələşdirən insanlar qrupu var. Və bizim may ayınadək öhdəliyimiz var, […] amma mənim etdiyim odur ki…"

Həmsöhbət: "Həm də Ermənistanda olan azlıq?"

Luis Moreno Okampo: "Xeyr, maliyyələşdirən qrup…"

Həmsöhbət: "[…] Hə, bəzi varlı ermənilər…Onlar axı nə edirlər?"

Luis Moreno Okampo: "Çünki onlar ermənidirlər. Çünki onlar ermənidirlər"

Həmsöhbət: "Onlar hökumətin bir hissəsidir, yoxsa QHT-lərdir? Onlar mənim kimi insanlardır, ya necə?"

Luis Moreno Okampo: "Xeyr, xeyr, xeyr. Bilirsiniz nə var? Onlar Rusiyada yaşayırlar"

Son xəbərlər