Liviya Prezident Şurasının Sədri Azərbaycana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) təşkil etdiyi üçün Azərbaycana təşəkkür edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində danışıb.
"Azərbaycana və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (BMT-Habitat) təşəkkürümüzü bir daha ifadə edirik. Biz onun nəticələrini hamı üçün daha ədalətli, davamlı və firavan gələcəyə doğru praktiki bir addım kimi səbirsizliklə gözləyirik. Bununla da bilik və texnologiya transferinə, eləcə də təcrübə mübadiləsinə ən yüksək əhəmiyyətin verilməsini təmin edə bilərik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...