Leyla Əliyeva Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib.
Muzeyin direktor müavini Naum Naftaliyev Leyla Əliyevaya bu mədəniyyət ocağı barədə məlumat verdi.
Qeyd edildi ki, bura dünyada dağ yəhudilərinin ilk muzeyi sayılır. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini, mədəniyyətini əks etdirən eksponatlar sərgilənir.
Qarçaği sinaqoqunda yaradılan muzeydə Qafqazın müxtəlif yerlərindən gətirilmiş milli geyimlər, ayin qabları, əlyazmalar, kitablar, XIX əsrə aid antik əşyalar, dağ icmasının irsi və ənənələri qorunub saxlanılır.
Mövcudluğu ilə regionda Azərbaycanın tolerantlığının daha bir təsdiqinə çevrilən bu məkan həm də millətlərarası tarixi əlaqələri və multikulturalizmi təqdim edir.
Qalereya
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Türk mədəniyyətində qadının söz sahibi olduğunu sübut edən ritual
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı haz...