Leyla Abdullayeva: “Ermənilərin qəsdən mülki insanları hədəfə aldığına hələ də şübhə varmı?” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilərin özləri də etiraf etdikdən sonra işğalçı qoşunların mülki insanları qəsdən hədəfə aldığına hələ də şübhə ilə yanaşanlar varmı?
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında Nikol Paşinyanın baş müşaviri Vaqarşak Arutyunyanın verdiyi açıqlamanı şərh edərkən belə bir sualla müraciət edib.
“Bu hücumlarla qəsdən mülki insanların hədəfə alındığına hələ də şübhə varmı? Xüsusilə Vaqarşak Arutyunyanın “Rossiya 1” telekanalına verdiyi müsahibədə bunun Ermənistanın strategiyası olduğunu qəbul etməsindən sonra”, - deyə o bildirib.
Is there any doubt that these attacks deliberately target civilians? Especially after Vargarshak Harutiunyan's interview to Rossiya 1 TV channel, where he admits that it's the strategy of #Armenia.#KarabakhIsAzerbaijan#StopArmenianTerror#ArmenianWarCrime https://t.co/dGzRAQNu2T
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) October 8, 2020
Xatırladaq ki, V.Arutyunyan işğalçı ordusunun riyakarlığını sübuta yetirən açıqlamalar verib. “Rossiya 1” kanalına müsahibəsi zamanı V.Arutyunyan Azərbaycanın dinc əhalisinin bilərəkdən hədəf seçildiyini etiraf edib.
Oxşar xəbərlər
Rəsmi Bakı beynəlxalq qurumlara çağırış etdi: Ermənistan yeni hücuma hazırlaşır - CƏDVƏL
Baş Nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri Dağlıq Qarabağ münaqişəsinin nizama...