Leyla Abdullayeva: “Erməni radikallarının Azərbaycan səfirliklərinə hücumu ilk deyil”
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanın Fransadakı səfirliyinə hücum ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin erməni icmasının radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil".
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
O deyib ki, bununla daha öncə də üzləşmişik və təəssüf ki, son günlər bu cür hərəkətlərin şahidi oluruq.
Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən açıqlamalar verilib, məsələnin ciddi narahatlıq doğurduğu bildirilib və bu kimi hadisələrin baş verdiyi ölkələrə müvafiq ismarışlar göndərilib.
“Beynəlxalq hüquqa, daha dəqiq desək, 1961-ci il tarixli Vyana Konvensiyasına görə, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür. Dövlətləri həmin Konvensiyanı lazımi şəkildə icra etməyə çağırmışıq”, - L.Abdullayeva vurğulayıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...