Lavrovun Ermənistandakı görüşlərində Rusiya bayrağının olmamasına CAVAB: "Ermənistanın protokol təcrübəsi ilə əlaqədardır"

Rusiya Xarici İşlər Nazirliyi nazir Sergey Lavrovun Ermənistan baş naziri Nikol Paşinyanla və prezident Armen Sarkisyanla görüşlərində Rusiya bayrağının olmamasına aydınlıq gətirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Rusiya XİN həmin görüşlərdə ölkəsinin bayrağının olmamasını Ermənistanın protokol təcrübəsi ilə əlaqələndirib.
"Bayraq çox vacibdir. Danışıqların məzmunu isə daha vacibdir. Görüşlərin tarixini və onların tərtib olunmasını bilmək də vacibdir. Hər bir ölkənin öz protokol təcrübəsi var. Diqqətli olanlar xarici işlər nazirinin Baş nazir və Prezidentlə görüşlərində yalnız bir bayrağın olduğunu görəcəklər”, - deyə Rusiya XİN-dən bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...
