Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə Türkmənistanda keçiriləcək görüşü müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə Beynəlxalq Xəzər gününə həsr olunmuş ənənəvi illik görüşü keçirib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və "beşlik" formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi müzakirə edilib.
Həmçinin, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək görüşünə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...