"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür
Yeniliklərdən dərhal xəbərdar olun
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür.
BAKU.WS xatırladır ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
Qeyd edək ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasının məqsədi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq olub.
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın müasir dövlətçilik tarixində ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində atılmış ən həlledici addımlardan biri hesab olunur.
Sözügedən ərazi artıq regionun təhlükəsizlik sisteminin sarsılmaz hissəsidir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...