Rəsmi Bakı “3+3” formatında görüşün tarixini AÇIQLADI - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçiriləcək.
Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.
“Bəli, sabah Tehranda “3+3” formatında görüşün keçirilməsi nəzərdə tutulub. Təfərrüatları hələlik məlum deyil. Əlavə məlumat veriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan XİN-i də bu görüşdə iştiraka razılıq verib.
Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.
“3+3” formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.
“3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.
***12:55
Sabah Tehranda Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçiriləcək.
"Report" bu barədə İRNA-ya istinadən xəbər verir.
Məlumata görə, görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Nəşr qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətidən də danışılacaq.
Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...