KİV: Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq
05
fev
2024
11:32
Ukraynada iki Fransa vətəndaşının ölümündən sonra Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, ötən gün Fransanın xarici işlər naziri Stefan Sejournet Ukraynada iki fransız “humanitar işçi”nin öldüyünü və daha üç nəfərin yaralandığını təsdiqləyib.
Bu gün Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq, diplomatik mənbə bildirib.
Eyni zamanda, Rusiya diplomatının da Parisin “Fransa ilə bağlı dezinformasiyanın artması” ilə bağlı narahatlığı barədə məlumatlandırılacağı gözlənilir.
Oxşar xəbərlər
Fransanın erməni sevgisi: Paris sülhdən sonra Bakının üzünə necə baxacaq? - ŞƏRH - FOTO
Fransanın Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşması təəssüf ki, ara vermir. Rəsmi Parisin ritorikası əvvəl ermənipərəst idisə, indi açıq-aydın anti-Az...