KİV: Ekspertiza İl-76-nın Qərb istehsalı olan raketlə vurulduğunu təsdiqləyib - VİDEO

KİV: Ekspertiza İl-76-nın Qərb istehsalı olan raketlə vurulduğunu təsdiqləyib - VİDEO
Video
Siyasət 61

Ekspertiza Belqorod yaxınlığında İl-76 hərbi təyyarəsini vuran raketin Qərb istehsalı olduğunu təsdiqləyib.

BAKU.WS xəbər verir ki, RİA Novosti bu barədə yerli fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

“Təyyarədə aşkar edilmiş dağıdıcı elementlərin ilkin tədqiqi raketin Qərb istehsalı olan hava hücumundan müdafiə sisteminə aid olduğunu göstərir”, - deyə məlumatda qeyd olunub.

Lakin digər təfərrüatlar barədə məlumat verilməyib.

Xatırladaq ki, bir müddət öncə, Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Qəza zamanı təyyarədə əsir götürülmüş 65 Ukrayna Silahlı Qüvvələri əsgəri olub və onlar dəyişdirilmək üçün Belqorod vilayətinə aparılıb. Sərnişinlərin ümumi sayı altı ekipaj üzvü və üçü müşayiət edən əsir daxil olmaqla 74 nəfər olub. Pilot yanan təyyarəni Yablonevo kəndindən uzaqlaşdıra bilib.

Son xəbərlər