Küveyt İranın Naxçıvana zərbələrini pisləyib

Küveyt İranın Naxçıvana zərbələrini pisləyib
Siyasət 38

Küveyt Xarici İşlər Nazirliyi (XİN) İranın bu gün Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri, eləcə də Türkiyə səmasında İran PUA-sının vurulması ilə bağlı dünənki insidenti pisləyib.

BAKU.WS bu barədə Küveyt XİN-in bəyanatına istinadən xəbər verir.

"Küveyt Dövlətinin XİN İranın Türkiyə və Azərbaycanı hədəf almaq cəhdini qətiyyətlə pisləyir və kəskin şəkildə bildirir ki, bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Nazirlik Küveytin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəyliyini təsdiqləyir və onların öz suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəkləyir", - bəyanatda bildirilib.

Son xəbərlər