Kulibali: UN-Habitat-ın Azərbaycanla əməkdaşlığı Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər
UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Bakıda keçirilən WUF13 çərçivəsində UN-Habitat-ın Konqodakı proqramlarının koordinatoru Mohamed Kulibali bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycandakı şəhər mütəxəssisləri, həmçinin UN-Habitat ofisi və ölkə hökumətinin nümayəndələri ilə görüşlər planlaşdırılıb.
"Bu əməkdaşlıq artıq başlayır və şəhər inkişafı və dayanıqlı urbanizasiya sahəsində təcrübə mübadiləsi də daxil olmaqla, Afrika ilə Azərbaycan arasında mühüm körpüyə çevrilə bilər", - o qeyd edib.
Kulibali vurğulayıb ki, bu cür təmaslar regionlar arasında qarşılıqlı əlaqələri genişləndirməyə və uğurlu təcrübələri digər ölkələrə ötürməyə imkan verəcək.
Bakıdan danışarkən o, şəhər planlaşdırılmasının və idarə edilməsinin yüksək səviyyəsini qeyd edib.
"Mən çox inkişaf etmiş və yaxşı planlaşdırılmış bir şəhər gördüm. Səhər yağan güclü yağışa baxmayaraq, hətta yaranan su basmaları cüzi idi və yaxşı idarə olunurdu. Bu, şəhər mühitinin təşkilinin yüksək səviyyəsini göstərir", - o deyib.
O həmçinin əlavə edib ki, konfrans onda müsbət təəssürat yaradıb.
"Tədbir çox yaxşı təşkil olunub: hər yerdə iştirakçılara kömək edən müşayiətçilər var, sessiyalar isə yüksək səviyyədə keçirilir", - Kulibali vurğulayıb.
O qeyd edib ki, Bakıda əldə etdiyi təcrübədən Afrika ölkələri ilə işdə istifadə etmək niyyətindədir.
"Mənim məqsədim burada şəhər planlaşdırılması və urbanizasiyaya dair praktiki nümunələr əldə etmək, daha sonra isə onları inkişaf mərhələsində olan Afrika ölkələri ilə bölüşməkdir", - Kulibali əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. BAKU.WS xəbə...