Kreml Delyaginin Azərbaycanla bağlı açıqlamasına münasibət bildirdi

Kreml Delyaginin Azərbaycanla bağlı açıqlamasına münasibət bildirdi
Siyasət 228

Kreml Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanı hədələməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

BAKU.WS "RİA Novosti"yə istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov M.Delyaginin açıqlamasının rəsmi Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.

“Mixail Delyaginin açıqlaması rəsmi Moskvanın siyasi xəttinə uyğun deyil. Bu açıqlama şəxsi duyğular müstəvisində edilib. Biz bu emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə bu cür ifadələrdən çəkinməyə çağırırıq. Azərbaycan bizim üçün tərəfdaş dövlətlər kateqoriyasına daxildir”, - deyə o bildirib.

Son xəbərlər