Koronavirus keçirən şəxslər sonradan necə qidalanmalıdır?
Koronavirus bütün dünyanı qorxuya salmaqda davam edir.
BAKU.WS xəbər verir ki, payız-qış fəslinin yaxınlaşması, müəyyən qadağaların yumşalması ikinci dalğa haqqında yayılan iddiaları daha da artırır.
Artıq virusa yoluxanların sayı 27 milyonu ötür. Maska taxmaq, gigiyenik qaydalara riayət etmək, sosial məsafə virusdan qorunmağın ən təsirli yollarıdır. Bununla yanaşı qida rasionuna da diqqət yetirmək mütləqdir. Bəzi qidalarla immun sistemini gücləndirmək və xəstəlik riskini azaltmaq mümkündür. Bəs onlar hansılardır?
Açıq havada, təbii şəraitdə saxlanılan heyvanların əti, südünü qəbul edin. Az qazda uzun müddət bişirilən sümük və ət suları bağırsaq divarlarını yaxşılaşdırır, immun sistemini gücləndirir.
Soğan, sarımsaq, kərəviz, balqabaq kimi probiotiklə zəngin qidaları artırın.
Təzə sıxılmış tərəvəz şirələri bədəndəki ağır metalları və toksik maddələri təmizləyir.
Müntəzəm olaraq cəfəri, keşniş, yaşıl soğan, ümumiyyətlə yaşıl yarpaqlı məhsulları artırın. Bu məhsullar zərərli bakteriyaların çoxalmasının qarşısını alır.
Evdə hazırlanan qatıq, kefir, probiotiklərlə zəngin qidalara üstünlük verin.
Zeytun yağı, balıq, toxumlardan əldə edilən soyuq sıxım yağlar, gündə 1,5-2 litr sudan istifadə edin.
Müntəzəm olaraq açıq və təmiz havada gəzin, idman edin. Keyfiyyətli, davamlı yuxu immun sistemi üçün çox vacib amildir.
Aprel-oktyabr aylarında günəş işıqlarının yer səhtinə dik düşdüyü 11:00-5:00 arasında ən azı 20 dəqiqə günəş vannası qəbul edin. Bu, immun sistemi üçün önəmli olan D vitaminin sintezi üçün vacibdir.
Oxşar xəbərlər
Baş infeksionistdən toylarla bağlı mühüm AÇIQLAMA
Sentyabrın 1-dən ölkəmizin bəzi rayon və şəhərlərində sərt karantin rejimi ləğv edildi. Yalnız Bakı, Sumqayıt, Abşeron ərazisində karantin rejimi ayın 30-dək uz...