Koreya vətəndaşları üçün vizasız rejimin tətbiqi yaxın zamanlarda elan ediləcək - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Koreya vətəndaşları üçün vizasız rejiminin tətbiq edilməsi yaxın zamanlarda elan ediləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, iyunun 17-də xarici işlər naziri Ceyhun Bayramov Koreyanın xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətinə görüş zamanı bu yaxınlarda Koreya Respublikasının bütün növ pasport sahibləri üçün vizadan azadolma rejiminin tətbiq edilməsi qərarı barədə məlumat verib.
Tərəflər belə bir addımın turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə, habelə xalqlar arasında təmasların artmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...