Köhnə sevgilisi toy hədiyyəsi olaraq bomba göndərdi - Bəy və qardaşı öldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Chhattisgarh əyalətinin Kabirdham rayonunda yeni evlənən cütlüyə toy hədiyyəsi olaraq gətirilən və kino sisteminə quraşdırılan bomba partlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bəyin və qardaşının həyatını itirdiyi hadisədə 18 aylıq körpə də daxil olmaqla 4 nəfər yaralanıb.
Məlumata görə, polis hədiyyənin içindəki partlayıcının elektrik yuvasına qoşulan kimi partladığını, partlayışın baş verdiyi otağın divarlarının və evin damının uçduğunu bildirib.
Polis hadisənin təsadüfi olmadığını və gəlinin keçmiş sevgilisi, 33 yaşlı Sarju Markam tərəfindən təşkil edildiyini bildirib. İstintaq çərçivəsində keçmiş sevgili Markam saxlanılıb.
Qalereya
Oxşar xəbərlər
Pike yeni sevgilisi ilə toya hazırlaşır
“Barselona”nın ulduz futbolçusu Jerar Pike 23 yaşlı sevgilisi Klara Çia Marti ilə evlənməyə hazırlaşır. Məlumata görə, Pike 9 aya yaxındır birlikdə olduğu sevgi...