Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya ilə münaqişənin həlli Gürcüstanın ən mühüm prioritetlərindən biridir".
"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının seçki proqramını təqdim edərkən deyib.
"Praqmatik siyasət və Rusiya ilə münaqişənin sülh yolu ilə həlli də ən mühüm prioritetlərdən biridir", - Kobaxidze deyib.
Hakimiyyətin növbəti dörd il üçün xarici siyasət planlarından danışan Kobaxidze ABŞ və Avropa İttifaqı ilə münasibətlərin bərpasını ən mühüm milli vəzifə adlandırıb.
Baş nazir həmçinin NATO ilə əlaqələrin dərinləşdirilməsini və Çin ilə strateji tərəfdaşlığı prioritetlər kimi göstərib. O, həmçinin qonşu Ermənistan, Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyindən danışıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...