Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır
Səmərəli minatəmizləmə fəaliyyəti milli məsuliyyətdən başlayır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Keyt Firon IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
O qeyd edib ki, minatəmizləmə fəaliyyəti hökumətlərin, milli minatəmizləmə orqanlarının, yerli hakimiyyət orqanlarının, beynəlxalq təşkilatların, donorların, operatorların və zərərçəkmiş icmaların iştirak etdiyi tərəfdaşlıq prosesidir.
O, həmçinin ATƏT-in Tacikistandakı təcrübəsindən danışıb. Təşkilat artıq 20 ildən çoxdur ki, bu ölkədə minatəmizləmə sahəsində milli qurumlarla əməkdaşlıq edir. Onun sözlərinə görə, ATƏT-in dəstəyi ilə ölkədə minalarla çirklənmiş ərazilərin təxminən 10-11 kv. km-i təmizlənib.
Ukrayna barədə danışarkən o vurğulayıb ki, ölkənin təcrübəsi minatəmizləmə fəaliyyətinə təkcə minalardan təmizləmə prosesi kimi deyil, həm də daha geniş bərpa sisteminin bir hissəsi kimi yanaşmağın zəruriliyini nümayiş etdirir.
"Məsələ icmaların evləri, infrastrukturu, xidmətləri, dolanışıq vasitələri mənbələrini və iqtisadi fəaliyyəti bərpa edə bilməsi üçün ilk növbədə hansı ərazilərin təmizlənməsinin vacibliyindədir", - o bildirib.
Firon həmçinin minatəmizləmə fəaliyyətində ekoloji aspektlərin nəzərə alınması zəruriliyini də vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanın Polşadakı səfirliyi pasportların dəyişdirilməsi ilə bağlı qəbul keçirəcək
Azərbaycanın Polşadakı səfirliyi pasportların dəyişdirilməsi ilə bağlı qəbul keçirəcək. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfirliyi "X" s...