Kerem Bürsinin ispaniyalı fanatları izdiham yaratdı - VİDEO

Kerem Bürsinin ispaniyalı fanatları izdiham yaratdı - VİDEO
Video
Siyasət 1

Türkiyəli aktyor Kerem Bürsin İspaniya yollanıb.

BAKU.WS xəbər verir ki, aktyor Hava limanına enər-enməz böyük fanat coşğusu ilə qarşılaşıb.

Sevənləri Keremlə foto, video çəkdirmək üçün bir-biri ilə yarışıb.

Bürsinin pərəstişkarları ilə olan izdihamlı görüntüləri sosial şəbəkələrdə və Türkiyə mətbuatında yayılıb.

Aktyor İspaniyaya reytinqli proqramlardan birinə qatılmaq üçün gedib.

Xatırladaq ki, İspaniyada xeyli sevəni olan Kerem ora tez-tez gedir. Bir müddət əvvəl Bürsinin ora köçmək niyyəti olduğu ilə bağlı xəbərlər də dərc edilmişdi.

Son xəbərlər