Kəmaləddin Heydərovdan general-leytenantın yerinə YENİ TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.
BAKU.WS Manşet.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
O buna qədər həm də rəis vəzifəsini müvəqqəti icra edib.
Məlumatı FHN təsdiq edib.
Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin əvvəlki rəisi general-leytenant Etibar İsmayılov bir müddət əvvəl təqaüdə göndərilib. Ötən gün isə polkovnik İntiqam Axundlu Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini-qərargah rəisi vəzifəsinə təyin edilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...