Kəmaləddin Heydərov yenidən Taekvondo Federasiyasının prezidenti seçilib
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.
Gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra ATF-in İdarə Heyətinə yeni seçki keçirilib. 1999-cu ildən federasiyanın prezidenti vəzifəsini icra edən Kəmaləddin Heydərov yenidən qurumun rəhbəri seçilib.
O, növbəti 4 ildə də ATF-ə başçılıq edəcək.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...