Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 11-də Salyan şəhərində, nazirliyin Muğan Regional Mərkəzinin binasında Salyan və Neftçala rayonları sakinlərinin qəbulunu keçirib.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Salyan və Neftçala rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə rəsmi "Instagram" hesabında paylaşım edib. BAKU.WS həmin paylaşımı təqdim e...