Kəmaləddin Heydərov icra başçısının oğlunu yüksək vəzifəyə təyin etdi - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu daha yüksək vəzifəyə təyin edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Seymur Qaraşov Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
***12:01
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.
Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.
Qeyd edək ki, Ayaz Eyvazov 16 noyabr 1979-cı ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 3 övladı var.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...