Kəmaləddin Heydərov generalı rəis təyin etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.
BAKU.WS “Unikal”a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...