Kəmaləddin Heydərov Əli Həsənovun polkovnik qardaşı oğlunu işdən çıxarıb

Kəmaləddin Heydərov Əli Həsənovun polkovnik qardaşı oğlunu işdən çıxarıb
Siyasət 263

Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun daha bir qardaşı oğlu vəzifəsindən azad edilib.

BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində yüksək vəzifədə çalışmış, polkovnik-leytenant Tural Həsənov bir müddət əvvəl öz istəyi ilə vəzifəsindən azad olunub.

Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Tural Həsənovun qardaşı, polkovnik Anar Həsənov Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini vəzifəsindən azad edilib. Tural və Anar Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Əli Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.

Son xəbərlər