Keçmiş təmas xəttində həyati risk: Bu ərazilərə daxil olmaq qadağandır
"İşğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri qaytarılması Azərbaycan hökumətinin əsas prioritet istiqamətlərindən biridir. Bu məqsədlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, təhlükəsizlik tədbirləri görülür".
Bu barədə Baku TV-nin əməkdaşı, hərbi müxbir Fərdin İsazadə Ağdamdan hazırlanmış reportajda bildirib.
O qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə ilk növbədə prioritet ərazilər minalardan təmizlənir:
"Prioritet siyahıya daxil olmayan ərazilər isə müvəqqəti olaraq çəpərlənir. Bu tədbirlər insanların təhlükəli zonalara daxil olmasının qarşısını almaq məqsədi daşıyır. Çəpərlənmə həmin ərazilərin gələcəkdə təmizlənməyəcəyi anlamına gəlmir, sadəcə, bu mərhələdə prioritet hesab edilmir".
Oxşar xəbərlər
IsDB Prezidenti: "Azərbaycan ticarət və investisiyaların inkişafı üçün ideal məkana çevrilib"
Azərbaycanın regionlar və bazarlar arasında əlaqələndirici halqa kimi artan rolu ölkəni ticarət, investisiyalar və regional inteqrasiyanın inkişafına həsr olunm...