Keçmiş sevgilisinin və onun dostunun üstünə sulfat turşusu atdı

Keçmiş sevgilisinin və onun dostunun üstünə sulfat turşusu atdı
Siyasət 266

Sankt-Peterburqda 24 yaşlı gənc qısqanclıq zəminində qəddar hərəkət törədib. Belə ki, o, 18 yaşlı keçmiş sevgilisinin və onun 18 yaşlı dostunun üzərinə sulfat turşusu töküb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, artıq şübhəli saxlanılaraq şöbəyə aparılıb.

Xəsarət alanlar kimyəvi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qızın vəziyyəti ağırdır (yerli media onun medikamentoz yuxuda olduğunu yazır), gəncin vəziyyəti qənaətbəxşdir.

Cinayət işinin başlanması məsələsi həll olunur.

Son xəbərlər