Keçmiş arvadından Mustafaya gözdağı: "Oğlum anasından həmişə dəstək görəcək" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Mustafa Sandal yaxın zamanlarda 14 yaşlı oğlu Yamana ayaqqabı mağazası açacağını bildirib.
BAKU.WS xəbər verir ki, ötən gün məkanlardan birində görüntülənən sənətçinin keçmiş həyat yoldaşı Emina Yahoviç bu məsələyə münasibət bildirib.
O, keçmiş ərinin bu addımını dəstəkləmədiyini deyib. Emina hər zaman oğluna dəstək olduğunu bildirərək Mustafaya gözdağı verib:
"Ayaqqabıları Yaman özü hazırlamır. O, sadəcə satışını həyata keçirəcək. Məncə bu işlə məşğul olmaq üçün onun yaşı azdır. Mağaza İstanbulun Etiler səmtində açılacaq. Ürəyimə yatmasa gedib ziyarət edəcəm. Oğlum anasından həmişə dəstək görəcək".
Xatırladaq ki, Mustafa Sandal 2008-ci ildə Emina Yahoviçlə ailə qurub. 10 illik evliliklərini 2018-ci ildə bitirən cütlüyün Yavuz adlı başqa bir oğlu da var.
Oxşar xəbərlər
Məşhur müğənni 14 yaşlı oğluna ayaqqabı mağazası açır - FOTO
Məşhur müğənni Mustafa Sandal oğlu Yamana yaxın günlərdə ayaqqabı dükanı açacaq. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin 14 yaşlı oğlu xeyli...