Kayrat Sarıbay Hikmət Hacıyev ilə görüşdə Azərbaycanın AQEM-də liderliyini yüksək qiymətləndirib
13
apr
2026
20:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay ilə görüşüb.
Bu barədə K.Sarıbay "X" sosial şəbəkə hesabında paylaşım edib.
"AQEM-də Azərbaycanın güclü liderliyini, o cümlədən təşkilatın transformasiyasındakı mühüm irəliləyişi yüksək qiymətləndirirəm. Qarşıdakı AQEM sammitinə və AQEM Media Forumuna hazırlıqları müzakirə etdik", - deyə K.Sarıbay yazıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...