Karlson-Karapetyan: Azərbaycan və Ermənistana qarşı hibrid hücum
Noyabrın 7-də qalmaqallı amerikalı siyasi şərhçi Taker Karlsonun "YouTube" kanalında növbəti müsahibə yayımlanıb. Bu müsahibə Vladimir Putinlə və Sergey Lavrovla bağlı deyil. Bu dəfə Karlson özünün təxminən beşmilyonluq auditoriyasına Ermənistanda həbs edilmiş oliqarx Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanla müsahibəni təqdim edib.
BAKU.WS-in məlumatına görə, bu barədə "Caliber"in "YouTube" kanalının yeni buraxılışında bəhs edilir.
"Son vaxtlar Karlson mütəmadi olaraq jurnalist etikasının sərhədlərini aşır: onun efirləri tez-tez ingilisdilli auditoriyanın bir hissəsində əks-səda doğuran nizamlanmış narrativləri yayan platformaya çevrilir. Bu səbəbdən, düşünürük ki, bu platformada Rusiya tərəfdarı olan hərəkatın koordinatorunun ortaya çıxması təsadüfi seçim deyil, bu, informasiya, siyasi və ideoloji maraqların bir ssenari içərisində birləşdiyi daha mürəkkəb və düşünülmüş oyunun bir elementidir. Müəyyən qüvvələrə sərfəli olan, regionu yenidən silkələməyi, Ermənistan və Azərbaycanı qarşıdurma orbitinə qaytarmağı hədəfləyən bir ssenari. Burada radikal erməni lobbisinin rolu açıq-aydın görünür. Həm də o faktı nəzərə almaq lazımdır ki, Karlson özü böyük erməni diasporunun yaşadığı Kaliforniya ştatından olduğunu etiraf edir ki", - videomaterialda qeyd olunur.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
KİV: Taliban Pakistandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Taliban hərəkatı Pakistanın paytaxtı İslamabad şəhərindəki məhkəmə binasının qarşısında törədilən və ən azı 12 nəfərin ölümünə səbəb olan terror aktına görə məs...