Kanadada kişi siyasətçilər hündürdaban qadın ayaqqabısında - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadalı siyasətçilər qadınların “gender zorakılığından” müdafiəsi məqsədilə maraqlı addım atıblar.
BAKU.WS xəbər verir ki, bu məqsədlə kişilər rəsmi tədbirə hündürdaban qadın ayaqqabısı geyinərək gəliblər.
Sözügedən görüntüləri Kanadanın nəqliyyat naziri Ömər Əlhabra öz tvitter səhifəsində paylaşıb.
“Bu, qadınlara qarşı zorakılıq haqqında məlumatlılığı yayan və kişiləri də bu problemin həllində iştirak etməyə təşviq edən bir hərəkətdir”, – deyə nazir paylaşıma bildirib.
Qeyd edək ki, Kanada rəsmiləri və qadınlar üçün “Halton Qadınlar Yeri” böhran mərkəzi tərəfindən təşkil edilən aksiya “Hündür dabanlarda ümid” adlanır.
Oxşar xəbərlər
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edib - VİDEO - YENİLƏNİB
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. AZƏRTAC...