Kanadada erməni terroruna qarşı etiraz aksiyası keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadanın Kvebek əyalətinin Monreal şəhərində Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə işğalçı erməni ordusunun Gəncə, Bərdə terroruna etiraz və Azərbaycan dövlətinə dəstək məqsədilə icazəli aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə bildirilib ki, aksiyada azərbaycanlı icması ilə yanaşı, bu ölkədə yaşayan rus və yəhudi icmasının nümayəndələri də iştirak ediblər.
“Dorchester” meydanında baş tutan aksiyada Azərbaycan, Türkiyə, İsrail və Rusiyanın dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son qoyun!”, “Bərdə üçün dua et!” kimi şüarlar səsləndirilib.
Aksiyada çıxış edənlər bildiriblər ki, Ermənistan dövlətinin işğalçılıq və təcavüzkarlıq siyasəti nəticəsində 30 ilə yaxındır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın haqlı mübarizəsini dəstəklədiklərini bildirən aksiya iştirakçıları təcavüzkar erməni ordusunun döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərə, dinc əhaliyə istifadəsi qadağan edilmiş kasetli raketlərlə hücumlarını kəskin şəkildə pisləyiblər.
Oxşar xəbərlər
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib - TAM MƏTN - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. BAKU.WS AZƏRTAC-a istina...