Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verib.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
Yanvarın 26-da Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər. Almaniyalı prokurorlar Heydər Əliyev Mərkəzini ziyarət edərək görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub. Onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binasında prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq mühafizə orqanlarının mütəşəkkil cinayətkarlığa, dini radikalizm və terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verilib.
Həmçinin nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi, Bakı şəhər prokurorluğunun mərkəzi aparatı və Xətai rayon prokurorluğu, habelə 7 saylı “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar.
Münhenin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbayca...