Kamran Əliyev 3 rayona prokuror təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanın Şahbuz, Kəngərli və Sədərək rayonlarına prokuror təyinatları olub.
BAKU.WS xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Belə ki, Naxçıvanın Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
Bundan əvvəl E.Abdullayev Sədərək rayon prokurorluğunda müstəntiq, Naxçıvanın İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan Muxtar Respublikası prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib.
Baş Prokurorun digər əmrilə Kəngərli rayon prokuroru vəzifəsini icra edən İlqar Rzayev həmin vəzifəyə təyin edilib.İ.Rzayev əvvəllər Naxçıvan şəhər prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Naxçıvan Prokurorluğunda şöbə prokuroru vəzifələrində işləyib.
Baş Prokurorun digər müvafiq əmrilə Sədərək rayon prokuroru vəzifəsini icra edən Ramiz Novruzov həmin vəzifəyə təyin edilib. O, əvvəllər Şahbuz rayon prokurorunun köməkçisi, Şərur rayon prokurorunun böyük köməkçisi və böyük müstəntiqi, Şərur rayon prokurorunun müavini və Şahbuz rayon prokuroru vəzifələrində işləyib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...