Kamil Xasiyev etimadnaməsinin sürətini Maksimilian Henniqə təqdim edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) Protokol idarəsinin rəisi Maksimilian Henniqə təqdim edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Səfir Kamil Xasiyev 25 avqust 2026-cı il tarixində etimadnaməsinin surətini Avstriya Respublikası Xarici İşlər Nazirliyi Protokol idarəsinin rəisi cənab Maksimilian Henniqə təqdim etmişdir", - paylaşımda bildirilib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 29-da K. Xasiyevin Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Daha əvvəl bu vəzifəni Rövşən Nüsrət oğlu Sadıqbəyli icra edirdi.
Səfir Kamil Xasiyev 25 avqust 2026-cı il tarixində etimadnaməsinin surətini Avstriya Respublikası Xarici İşlər Nazirliyi Protokol idarəsinin rəisi cənab Maksimilian Henniqə təqdim etmişdir. pic.twitter.com/iMZmE1yqIW
— AzEmbAustria (@AzEmbAustria) August 25, 2026
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...