Kamal Xərrazi: “İranın atom bombası yaratmaq üçün texniki imkanları var”
Yeniliklərdən dərhal xəbərdar olun
“İranın atom bombası yaratmaq üçün texniki imkanları var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu İranın beynəlxalq əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xərrazi deyib.
“Heç kimə sirr deyil ki, bizim İranda nüvə bombası yaratmaq üçün texniki imkanlarımız var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”, - Xərrazi bildirib.
Strateji şuranın rəhbəri qeyd edib ki, İran bir neçə gün ərzində uranın zənginləşdirilməsi səviyyəsini 20%-dən 60%-ə qaldıra bilib və bu səviyyəni asanlıqla 90%-ə çatdıra bilər.
Oxşar xəbərlər
KİV: "İran nüvə obyekti üçün yeni böyük tunel şəbəkəsi qazır"
İran Nətənzdəki nüvə obyektindən cənubda yeni böyük tunel şəbəkəsi qazır. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu məlumat ABŞ və İsrail kəşfiyyatından bi...