Kallas: Bakı-İrəvan münasibətlərinin normallaşması regionda davamlı sülhə yol aça bilər

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionunda davamlı sülhə yol aça bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Aİ Bakı və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişi yüksək qiymətləndirir.
"Bu gün biz nazir Mirzoyanla Ermənistan-Azərbaycan münasibətlərini də müzakirə etdik. Aİ iki ölkə arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləməyə davam edir. Bu üç prinsipə alternativ yoxdur. Biz ikitərəfli münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyiş bizi sevindirir və ruhlandırır, çünki Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşması regionda davamlı sülhə yol aça bilər", - K.Kallas qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb
Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib. Bu barədə BAKU.WS-ə Azərbaycanın Xari...
