Kaliforniya tarixinin ən böyük 4-cü meşə yanğınları davam edir - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ meşə yanğınları ilə mübarizə aparır. Kaliforniya Ştatının şimalındakı iyulun 24-də "Butte County"də başlayan yanğınlar hələ də davam edir.
BAKU.WS xəbər verir ki, Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə bu ştatdakı 4-cü ən böyük meşə yanğınıdır.
Alovlar bu günə qədər 401 min 279 kvadratmetr ərazini əhatə edib.
Yanan ərazinin Los Anceles şəhərinin ərazisindən böyük sahəni əhatə etdiyi bildirilib.
11 gün əvvəl başlayan yanğında 560-dan çox ev yanıb, xeyli obyekt yararasız hala düşüb.
Bu günə qədər alovların sadəcə 30 faizi ram edilib. 4000 vətəndaş yanğın olan ərazilərdən təcili təxliyə edilib.
Qalereya
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...